ISO 37001:2016 — Rüşvətxorluğa Qarşı Mübarizə Sistemi
ISO 37001:2016 “Rüşvətxorluq Əleyhinə İdarəetmə Sistemi” üçün beynəlxalq standartdır. Bu standart, təşkilatlara rüşvətin qarşısını almaq, aşkarlamaq və ona qarşı mübarizə aparmaq üçün lazımi vasitələr və mexanizmlər təqdim edir. ISO 37001:2016 həm ictimai, həm də özəl sektor üçün tətbiq edilə bilər.
Əsas məqsədləri Rüşvətin qarşısını almaq və riskləri azaltmaq; Təşkilatın işgüzar nüfuzunu qorumaq və maraqlı tərəflərin etibarını artırmaq; Yerli və beynəlxalq qanunvericilik tələblərinə uyğunluğun təmin edilməsidir.
Standartın tətbiqi zamanı, Təşkilat daxilində və xaricində mümkün risklərin təhlili; İdarəetmə rəhbərliyinin rüşvət əleyhinə öhdəlik götürməsi; Rüşvətə qarşı effektiv siyasətlərin və prosedurların tətbiqi; İşçilərin rüşvətə qarşı məlumatlılığını artırmaq; Şübhəli halların bildirilməsi üçün mexanizmlər qurmaq və müvafiq tədbirlər görmək; Rüşvətə qarşı sistemin təsirliyini mütəmadi olaraq yoxlamaq və inkişaf etdirmək kimi proseslər əhatə olunur.
Bu Standart Özəl şirkətlərdə, Dövlət qurumlarında, Qeyri-kommersiya təşkilatlarında, həmçinin digər hər hansı qurumlarda tətbiq oluna bilər.
Üstünlükləri arasına Rüşvət əleyhinə qanunlara uyğun fəaliyyət göstərmək; Təşkilatın işgüzar nüfuzunu artırmaq və təhlükəsiz saxlamaq; Rüşvətə dair risklərin effektiv şəkildə idarə olunması; İctimaiyyət və işgüzar tərəfdaşlarla etibarlı əlaqələr qurmaq və s. daxildir. ISO 37001:2016 təşkilatlara rüşvətə qarşı mübarizədə effektiv bir sistem qurmaq üçün yol xəritəsi təqdim edir və onların fəaliyyətlərini daha şəffaf, etibarlı və qanunvericiliyə uyğun aparmasına kömək edir.
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın