ISO 42001:2023 — Süni İntellekt İdarəetmə Sistemi
ISO 42001:2023 Süni İntellekt İdarəetmə Sistemləri üzrə beynəlxalq standartdır. Bu standart təşkilatlara süni intellekt sistemlərinin məsuliyyətli, şəffaf və etibarlı şəkildə hazırlanması, tətbiqi və idarə olunması üçün sistemli bir çərçivə təqdim edir. Standartın əsas məqsədi süni intellektdən istifadə zamanı risklərin idarə olunmasını təmin etmək, etik prinsiplərə uyğunluğu artırmaq və innovasiya ilə effektiv idarəetmə arasında balans yaratmaqdır. ISO 42001:2023 dünyada Süni İntellekt İdarəetmə Sistemləri üzrə ilk beynəlxalq standart hesab olunur.
ISO 42001:2023 standartının əsas faydaları süni intellekt risklərinin effektiv idarə olunması, şəffaflığın və etibarlılığın artırılması, qanunvericilik və tənzimləyici tələblərə uyğunluğun təmin edilməsi, təşkilatın nüfuzunun gücləndirilməsi, maraqlı tərəflərin etimadının artırılması, etik və məsuliyyətli AI istifadəsinin təşviq edilməsi, əməliyyat səmərəliliyinin yüksəldilməsi və davamlı təkmilləşdirmə mexanizmlərinin yaradılmasıdır.
ISO 42001:2023 standartı süni intellekt sistemlərini hazırlayan, təqdim edən və ya istifadə edən bütün növ və ölçüdə təşkilatlar üçün tətbiq oluna bilər. Bu standart texnologiya şirkətləri, proqram təminatı istehsalçıları, maliyyə qurumları, səhiyyə təşkilatları, dövlət qurumları və AI texnologiyalarından istifadə edən digər müəssisələr tərəfindən tətbiq edilə bilər. Standartın tətbiqi təşkilatlara süni intellekt layihələrini daha təhlükəsiz, məsuliyyətli və effektiv şəkildə idarə etməyə kömək edir.
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın