ISO 9001:2015
ISO 9001:2015 Sertifikatı və Keyfiyyət İdarəetmə Sistemi | Primecert Global
ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemini əhatə edən standartdır. Müşteri gözləntisini və ehtiyaclarını qarşılayaraq müştəri məmnuniyyətinin artırılmasını təmin edən, beynəlxalq idarəetmə sistemidir. Şirkətin təşkilati strukturundan müştərilərin məmnuniyyətinə, proseslərin effektiv idarə olunmasından daxili auditə, satınalmadan satışa qədər və s. kimi müxtəlif fəaliyyətləri tənzimləyən nəzarət mexanizmidir. Məqsədi xəta və qüsurları, zaman və maliyyə itkilərini azaltmaq və yarana biləcək problemlərin qarşısını almaqdır. Birbaşa məhsulun keyfiyyəti ilə yox, idarəetmə sisteminin keyfiyyəti ilə bağlıdır. Standart bütün növ fəaliyyət göstərən şirkətlərdə tətbiq oluna bilər.
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın